<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>79</hymn_number>
<lyrics>[V1]
 Nəyim varsa bu həyatda, bacardığım hər bir şeyçün
 Yalnız Sənə, yalnız Sənə minnətdaram.
 Minnətdaram böyük sevgi, məhəbbət, mərhəmətinçün,
 Canımı qoruduğun üçün minnətdaram.

[C1]
   Minnətdaram, minnətdaram, mənim Rəbbim,
   Allahım,
   Minnətdaram, minnətdaram ucalsın Sənin adın.

[V2]
 Minnətdaram yer üzündə bəxş etdiyin sülh,sevincçün,
 Qalqotada axıtdığın pak Qanın üçün.
 Ruhumuzu, əqlimizi günahlardan azad edib,
 Müqəddəs Ruhla doldurduğunçün minnətdaram.

[V3]
 Minnətdaram hər gün bizə verdiyin çörək, su üçün,
 Hava, Günəş, yağış üçün minnətdaram.
 Gül-çiçəkli çöllər üçün, buğdalı zəmilər üçün,
 Hər bir yaşıl yarpaq üçün minnətdaram.</lyrics>
<title>Nəyim varsa bu həyatda İL79</title>
</song>